Cümə axşamı, 02 May

"Putinin ağlında nə var?" - Rusiyalı ekspertdən MARAQLI ARAŞDIRMA

image

Rusiya prezidentinin Ukraynaya genişmiqyaslı işğala başlamaq əmri istənilən siyasi məntiqə, hətta özünün sərt, avtoritar mülahizəsinə də ziddir.

Bu səbəbsiz hücum vasitəsilə Putin hakimiyyəti əlində saxlamaq üçün sələfi İosif Stalin də daxil olmaqla, irrasional tiranların uzun cərgəsinə düşdü.

Xatırladaq ki, vaxtilə buna bənzər məntiqlə Stalin öz xalqına qarşı dəhşətli cinayətlər, o cümlədən milyonlarla ukraynalının ölümünə səbəb olan qətliam törətmişdi.

20-ci əsrin başqa bir kütləvi qatili Mao Çze Dun də deyirdi ki, “tüfəngdən güc doğur”. Onu da deyim ki, Mao mənim ulu babam, Sovet lideri Nikita Xruşşovdan Çinə nüvə silahı verməsini tələb etmişdi. Bu məsələdə Maonun məqsədi xarici və yerli rəqiblərini faktiki olaraq girov saxlamaq idi.

Putinin Ukrayna ərazisindəki hərəkətlərini ancaq belə təfəkkürlə izah etmək olar. O, Ukraynanı “azifikasiya etmək” istədiyini iddia edir. Lakin Ukrayna prezidenti Volodimir Zelenski yəhudi olmasına baxmayaraq, belə bir bəyanatın mənasız olduğunu çoxdan anlamalı idi.

Bəs Putinin bu oyunda son hədəfi nədir?

Bəlkə, o, Ukraynanın hərbi infrastrukturunu məhv etməklə NATO-nu cəzalandırmaq istəyir? Ya da ki o, Zelenskini əvəzləyəcək, İkinci Dünya Müharibəsində Fransa ilə əməkdaşlıq edən lider Filipp Petenin Ukraynadakı ekvivalentinə çevirərək orada marionet biri ilə hökumət qurmağa ümid edir?

Bu suallara “bəli” cavabını vermək olar. Bununla belə, Putinin Ukraynaya müdaxiləsinin əsl səbəbi daha çox narahatedicidir. Görünür, bu Putin Rusiyanı özünün dəqiq müəyyən etdiyi superdövlət statusunu bərpa etmək ideyasından qaynaqlanır.

Putin yəqin ki, indi yaxın gələcəkdə Yaltada və yaxud digər şəhərdə ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tszinpinlə birlikdə dünyanı öz aralarında böləcək konfransı xəyal edir. Gözlənilir ki, Putin Qərbin təsir zonasını daraltmaq və Rusiyanın təsir zonasını kəskin şəkildə genişləndirmək üçün yeni müttəfiqi “X” ilə qüvvələri birləşdirəcək.

Görünür, Putin bu məsələdə Çinin ona dəstək verəcəyini gözləyir.

Dissident yazıçı və Nobel mükafatı laureatı Aleksandr Soljenitsın kimi Putin də uzun müddətdir ki, Rusiya, Ukrayna və Belarusun, eləcə də etnik rusların daxil olduğu “Rusiya İttifaqı” qurmaqla rus sivilizasiyasının əsası olan pravoslav Rusiyasını bərpa etmək istəyinə işarə edir. Bu ideyanın reallaşması müqabilində Qazaxıstanın ərazi bütövlüyü də təhlükə altına düşəcək.Ona görə də Ukraynanın işğalı tam sürətlə getdiyindən, digər keçmiş Sovet respublikaları narahat olmağa başlayıblar. Lakin Putinin Azərbaycan prezidenti İlham Əliyevi əmin etdiyi kimi, Rusiya “keçmiş imperiya sərhədləri daxilində imperiya qurmaq fikrində deyil”. O, əsassız olaraq özlərinin deyil, “üçüncü ölkələrin nəzarəti” altına düşmüş slavyan xalqından narahatdır.

Putin Soljenitsının ideyalarını həyata keçirməyə çalışsa da, onun hərbi təcavüzləri onu bu ideyalardan uzaqlaşdırır. Soljenitsin özünün millətçi çılğınlığında belə elementar əxlaqı heç vaxt unutmurdu. O, tarixi Rusiyanı nə qədər bərpa etmək istəsə də, bu cür bərpa prosesində ukraynalıların (və rusların) öldürülməsinə dəstək verməsi ağlasığmazdır. Putin isə əksinə, Ukraynaya olan sevgisindən danışır və eyni zamanda Rusiya ordusuna onun şəhərlərini bombalamağı əmr edir.

Putin açıq-aydın bu məsələdə Çinin onu dəstəkləyəcəyinə ümid edir. Lakin o, Pekində Xi Jinping ilə müttəfiqlik müqaviləsi bağladıqdan bir neçə həftə sonra Ukraynada işğala başlasa da, Çin rəsmilərinin reaksiyası çox uzun çəkdi və tərəfləri “təmkinli olmağa” çağırmaqla kifayətlənildi.

Görünən odur ki, Putin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq nizama qarşı mübarizəsində tamamilə Çinin dəstəyindən asılı olduğu halda, Xi-yə güvənmək ona heç bir siyasi və ya strateji üstünlük gətirməyəcək. Xüsusilə narahat edici məqam budur:

Putin, deyəsən müstəqil və məntiqli hesablamalar aparmaq qabiliyyətini itirib. Çünki, Rusiya Çinin nəinki bərabərhüquqlu tərəfdaşı deyil. Əksinə, Rusiya artıq Çinin vassal dövlətinə çevrilmək yoluna qədəm qoyub.

Ukraynanın işğalı Putinin müttəfiqlərini və tərəfdarlarını özündən uzaqlaşdırdı. Çexiya prezidenti Miloş Zemandan tutmuş Macarıstanın baş naziri Viktor Orbana qədər onun Qərbdəki ən qatı tərəfdarları belə onun hərəkətlərini pisləyirlər. Bəlkə də daha önəmlisi odur ki, Putinin çılğın iddiaları ruslar tərəfindən rədd cavabı alır. Ukraynaya vəhşicəsinə hücumu ilə o, onilliklər boyu davam edən sosial və iqtisadi inkişafı dəfn etdi və rusların gələcəkləri ilə bağlı bəslədikləri ümidləri məhv etdi. İndi Rusiya onilliklər boyu dünyadan kənar bir vadiyə çevriləcək.

Orada nə baş verdiyini öyrənmək üçün Kiyevdəki dostuma zəng edəndə o, bomba sığınacaqlarının açıq olduğunu, insanların da metro stansiyalarında gizləndiyini söylədi. “Eynən İkinci Dünya Müharibəsi kimi,” o, acıqla zarafat etdi və sonra qeyd etdi ki, “müharibənin gətirdiyi zərərdən çox danışan bir adam, müharibəyə başlamaq qərarına gəldi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15